Çavuşoğlu Lavrovla görüşdə Qarabağla bağlı yeni mesaj verdi: "Bu proses davam edərsə, o zaman..."
“22 dəfə əlaqə saxlamışıq. Bu gün keçmiş toplantılarda imzaladığımız sənədləri gözdən keçirdik".
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dekabrın 29-da rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonrakı birgə mətuat konfransında bildirib.
“Regional məsələlərdə məsləhətləşmələri davam etdirəcəyik. Qarabağda əsas məsələ atəşkəsin davam etməsidir. Bu proses davam edərsə, o zaman Türkiyə ilə münasibətlərə də baxmaq olar”, - o, deyib.
M.Çavuşoğlu ikitərəfli ticarət əlaqələrini də inkişaf etdirəcəklərini vurğulayıb.
Türkiyə XİN başçısı Liviya və Suriyada Rusiya ilə birgə fəaliyyəti də yüksək qiymətləndirib/Report.