Virusun yayılması sürətlənir, elə vaksinlərin istehsalı da...
Almaniya rəsmiləri dekabrın 30-da Avropa İttifaqını COVID-19-a qarşı ikinci vaksini tez bir zamanda təsdiqləməyə çağırıblar.
Bundan bir neçə saat əvvəl Britaniya hakimiyyət orqanları Oksford Universiteti və AstraZeneca şirkətinin müştərək əməyinin məhsulu olan ilk Avropa vaksinindən kütləvi istifadəyə icazə verib.
Almaniyanın səhiyyə naziri Yens Span AstraZeneca vaksininin çevik bir şəkidə yoxlanmasına çağırıb.
O deyib ki, koronavirus pandemiyası ilə mübarizədə vaksinlər həlledici rol oynayacaq.
Span habelə ABŞ biotexnoloji şirkəti Modernanın hazırladığı vaksinin təsdiqinə çağırıb.
Bu vaksin artıq yanvarın əvvəllərindən istifadəyə verilə bilər.