Gözəllik salonları və bərbərxanalar yanvarın 18-dək açılır - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın imzaladığı qərara əsasən, ölkə üzrə xüsusi karantin rejiminin müddəti 2021-ci il 31 yanvar saat 06:00-dək uzadılıb.
2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Bəs son zamanlar yoluxma sayının azalmasını nəzərə alaraq, yanvarın 18-dək gözəllik salonları açılacaqmı?
Lunar.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a deputat Cavid Osmanov danışıb:
"Son günlərin statistik rəqəmləri müsbətə doğru dəyişir. Bildiyimiz kimi, sağalanların sayı yoluxanların sayından bir az azdır. Təəssüf ki, ölüm sayı təxminən 40 civarında dəyərləndirilir. Lakin yoluxma sayında günbəgün azalma tendensiyası davam edir. Bu müsbət haldır.
Ökəmizdə karantin rejimi yanvarın 31-dək, sərt karantin rejimi isə yanvar ayının 18-dəkdir. Əlbəttə, Operativ Qərargah qarşıda olan günlərdə gündəlik statistik rəqəmləri təhlil edərək mütəxəssilərin fikrini dinləyəndən sonra, ÜST-nin tövsiyələrinə uyğun olaraq, bəzi xidmət sahələrində yumşalmaya gedə, xüsusən bərbərxana və qadın salonlarının yanvar ayının 18-dək açılmasına dair qərar qəbul edilə bilər".