Virus Pekində ÇAXNAŞMA YARATDI: “Təcili vəziyyət” elan edildi
Lunar.az xəbər verir ki,
Çinin paytaxtı Pekində koronavirusa yoluxma sayında qəfl artım olduğu üçün “təcili vəziyyət” elan edilib. Publika.az “TRT Haber”ə istinadla xəbər verir ki, bəzi istiqamətlərdə giriş və çıxışlar bağlanılıb.
Çin Kommunist Partiyası paytaxtın bütün bölgələrinin “təcili vəziyyət”ə keçdiyini açıqlayıb.
Pekin Paytaxt Beynəlxalq Hava Limanı yaxınlığındakı Şunyi bölgəsində virusun aşkarlanması səbəbiylə paytaxtda çaxnaşma yaranıb.
Bölgədəki 92 laboratoriyada 800 min insanın COVID-19 üçün test verəcəyi açıqlanıb.
Sosial mediada yayılan görüntülərdə insanların test verdiyi ərazilərdə uzun növbələrin yarandığı məlum olur.