25 noyabrda dünyasını dəyişən əfsanəvi futbolçu Maradonanın ölümünə aid irəli sürülən iddiallar cavabını tapıb.
Lunar.az Axşam.az-a istinadən xəbər verir ki, Dieqo Armando Maradonanın cəsədi üzərində aparılan toksikoloji analizlərdən sonra onun ölümündən əvvəl narkotik maddə, ya da hər hansı bir spirtli içki qəbul etmədiyi məlum olub.
Argentinanın xəbər agentliklərinin yaydığı məlumata əsasən, Maradona qanından götürülən test cavablarında onun depressiyaya qarşı istifadə etdiyi psixotrop dərman maddələri aşkarlanıb. Məhs bu dərmanlar səbəbi ilə futbolçunun ürək döyüntüsü xeyli zəifləyib.
Qeyd edək ki, Maradonanın ürək çatışmazlığından vəfat etdiyi bildirilirdi.