Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Azərbaycanda mart ayında toylar bu qaydada keçirilə bilər

Azərbaycanda mart ayında toylar bu qaydada keçirilə bilər

Azərbaycanda koronavirus pandemiyasına görə 10 aya yaxındır ki, toyların və kütləvi toplantıların keçirilməsinə qadağa qoyulub. Artıq İngilərə və digər ölkələrdə koronavirus əlehinə vaksinasiya başlayıb. Azərbaycanda gələn ilin əvvəlində vaksinasiyaya başlası gözlənilir. Bundan əlavə gündəlik yoluxanların sayə günbəgün azalır. Belə ki, Azərbaycanda yoluxanların sayı 4000-dən 2000-nə düşüb. Yoluxma sayı azalma dinamikası ilə davam edərsə martdan sonra 35-50 nəfərlə toyların keçirilməsinə icazə verilə bilərmi?

Lunar.az xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, bu məsələ o dövrə kimi yaranacaq vəziyyətdən asılı olacaq:

"Vaksinasiya başlayandan sonra yoluxma zənciri qırılmağa başlasa, ölkədə epidemioloji vəziyyət xeyli dəyişəcək. Düşünürəm ki, yəqin mart ayından sonra az insanların dəvət edilməsi şərti ilə toyların keçirilməsinə icazə veriləcək. Əgər dövlət sərt tədbirləri görürsə deməli bu yaranan zərurətdən irəli gəlir. Avropada, İngiltərədə, Almaniyada və digər ölkələrdə çox sərt karantin tədbirləri görülür. Bəzilər televiziyalarda çıxıb, ağzılarına gələni danışırlar ki, hər yer açılmalıdır. Dünya təcrübəsi var.

Koronaavirusun yeni növü asanlıqla digər ölkələrə daşına bilər. Əgər sərt karantin rejimi olmasa bunun qarşısını almaq olmaz. Epidemioloji ocağın sönməsi üçün karantin rejiminin tətbiq edilməsi və insanların qoyulan qaydalara əməl etməsi vacibdir. Toyların və kütləvi tədbirlərin qadağa olunması insanlarımızı qorumaq üçün dövlət tərəfindən atılan addımdır. Aydındır ki,toyların keçirilməsinə qoyulan qadağa genofonda müəyyən mənfi təsiri olur. Hesab edirəm ki, marta qədər bütün bu məsələlər öz həllini tapacaq".

BiG.AZ








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ