Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Rusiyalı hərbçilərdən erməni sürücülərə xəbərdarlıq: Azərbaycan əsgərləri sizi saxlasa…

Rusiyalı hərbçilərdən erməni sürücülərə xəbərdarlıq: Azərbaycan əsgərləri sizi saxlasa…

Gorus-Qafan magistral yolunu qoruyan Rusiya sərhəd xidmətinin əsgərləri erməni sürücülərə onlarla əlaqə yaratmaq üçün telefon nömrələri paylayır.

Bu barədə məlumatı Gorus-Qafan magistral yolunda hərəkət edən sürücülərdən biri sosial şəbəkədə paylaşıb.

Bildirilir ki, Rusiya hərbçiləri erməni sürücülərdən Gorus-Qafan magistral yolunun Azərbaycanın nəzarətində olan 4 km-lik hissəsində sürətlə hərəkət etmələrini, heç yerdə dayanmamalarını, əgər Azərbaycan əsgərləri onları saxlamaq istəsə verilən telefon nömrələri ilə zəng etmələrini tələb ediblər.

Məlumat üçün bildirək ki, Ermənistanın Gorus və Qafan şəhərlərini birləşdirən magistral yolun 4 km-lik hissəsi Azərbaycanın Qubadlı rayonunun ərazisindən keçir. Hazırda həmin yol Azərbaycan əsgərlərinin nəzarətində olsa da, yol ilə hərəkət edən erməni sürücülərin təhlükəsizliyini Rusiya sərhəd xidmətinin əsgərləri təmin edir. (Yeniavaz.com)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ