Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Əsgərlərimiz kafe işlədən erməniyə bir saat vaxt verdilər – VİDEO

Əsgərlərimiz kafe işlədən erməniyə bir saat vaxt verdilər – VİDEO

Dünən Azərbaycan əsgərləri Qubadlı rayonu ilə sərhəddə yerləşən Gorus rayonunun Vorotan kəndinə gələrək Azərbaycan ərazisində yerləşən obyekti bir saat ərzində boşaltmağı tələb ediblər.

Lunar.az yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Vorotan qəsəbəsinin inzibati rəhbəri Surik Ohancanyan “news.am”a məlumat verib.

O, azərbaycanlıların ərazini GPS-lə müəyyənləşdirdiyini və bu müddət ərzində evlərdən birinin də Azərbaycana keçməsinə qərar verdiklərini söyləyib: “Dedilər ki, bu bizim ərazimizdir, biz də deyirik ki, bizim ərazimizdir. Biz, Rusiya sərhədçiləri və azərbaycanlılar danışıqlara getdik. Biz belə bir nəticəyə gəldik ki, hər iki tərəf də Rusiya sərhəd xidmətinin rəisi ilə müzakirə edənə kimi ərazini tərk etməlidir”.

Surik Ohancanyan bildirib ki, mübahisəli binanın bir hissəsi yaşamaq üçün bir ev, bir hissəsi isə yarı tikilmiş bir kafedən ibarət ikimərtəbəli bir binadır.

Qeyd edək ki, məsələ ilə bağlı bu gün Ermənistanın Sünik bölgəsinin rəhbərliyi açıqlma verib. Məlumatda bildirilir ki, hazırda Rusiya sərhədçiləri həmin ərazidədir və sərhəd xəttinin dəqiqləşdirilməsi prosesi davam edir.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ