Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
ABŞ-da ikinci vaksinin istifadəsinə icazə verildi

ABŞ-da ikinci vaksinin istifadəsinə icazə verildi


Cümə günü ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) təcili olaraq “Moderna” əczaçılıq şirkətinin koronavirusa qarşı vaksininin istifadəsinə icazə verib.

“Interfax”ın xəbərinə görə, bu barədə FDA-nın saytı məlumat yayıb.

Vaksinlər 18 yaşından yuxarı şəxlər üçün nəzərdə tutulub. FDA hesab edir ki, vaksini hazırlayan şirkət tərəfindən təqdim olunan sənədlər dərmanın effektivliyinin daha üstün olduğunu göstərir.

“Koronavirusun qarşısını almaq üçün iki növ vaksinin istifadə edilməsi FDA tərəfindən hər gün ABŞ-da minlərlə can alan pandemiyaya qarşı ciddi addımdır”, - deyə qurumun sədri Stiven Xan bildirib.

İdarəyə təqdim olunan sənədlərdə preparatın effektivliyinin 94 faiz olduğu qeyd edilib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ