Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Bakıda taksi sürücüsü özünü niyə yandırıb? - Baş prokuror hadisəni nəzarətə götürdü

Bakıda taksi sürücüsü özünü niyə yandırıb? - Baş prokuror hadisəni nəzarətə götürdü

Dekabrın 16-da saat 20 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu, E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən "Bakı Taksi xidməti" MMC-də üzərinə alışqan maddə tökərək intihara cəhd etməsi barədə Sabunçu rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edilən hadisə Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb.










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ