Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
ANS Mehriban Əliyevaya mükafat təqdim etdi

ANS Mehriban Əliyevaya mükafat təqdim etdi

ANS Mehriban Əliyevaya mükafat təqdim etdi

Bu gün Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən "2015-ci İlin Adamı" mükafatının təqdimat mərasimi keçirilib.

ANS PRESS-in məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu mükafatla “Bakı 2015” Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində göstərdiyi genişmiqyaslı fəaliyyətə, Azərbaycan və dünya mədəniyyətlərinin inteqrasiyası istiqamətində gördüyü işlərə, ölkədə multikulturalizm mühitinin formalaşdırılmasındakı töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə təltif edilib.

Mehriban Əliyeva "2015-ci ilin adamı" elan olundu
ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “ 2015-ci ilin adamı” mükafatının diplomu və pul mükafatını təqdim etdi. O, Azərbaycan vətəndaşlarının ən ağır problemlərinin olduğu zaman Heydər Əliyev Fonduna üz tutduğunu qeyd etdi. 2015-ci ilin Azərbaycan tarixi üçün yüksək dəyərə malik olduğunu vurğulayan Vahid Mustafayev Mehriban Əliyevanın 1-ci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində misilsiz xidmətlərinin olduğunu qeyd etdi.

“Avropa Oyunları Azərbaycanı tək Avropaya deyil, bütün dünyaya tanıtdı. Biz təkcə Avropa Oyunlarında əldə etdiyimiz ikinci yerə görə yox, Azərbaycanın bir xalq olaraq ortaya qoyduğu ən ali mənəvi və dini keyfiyyətlərini beynəlxalq miqyasda etiraf olunmasına görə də fəxr edirik”, - Vahid Mustafayev əlavə etdi.

Vahid Mustafayev "İlin adamı" mükafatının təqdimetmə mərasimində

Tədbirdə çıxış edən Mehriban Əliyeva onun fəaliyyətini yüksək qiymətləndirdiyinə və onu 2015-ci ilin adamı elan etdiyinə görə Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupuna dərin minnətdarlığını bildirdi. Birinci xanım təqdim olunan pul mükafatının Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan və daun sindromlu şəxslərin sosial-mədəni reabilitasiyasına xidmət edən Bakıdakı Daun Sindromlu Şəxslərin Reabilitasiyası Mərkəzinə köçürüləcəyini qeyd etdi.

Daha sonra Fondun fəaliyyəti barədə geniş məlumat verən Mehriban Əliyeva Heydər Əliyev Fondunun fəaliyyətə başlamasından 12 il keçdiyini bildirdi və ötən müddət ərzində Fondun əldə etdiyi ən böyük nailiyyətin xalqın sevgisini və etimadını qazanmaqdan ibarət olduğunu vurğuladı.

ANS Şirkətlər Qrupunun kollektivi
Bakı 2015 Avropa Oyunları zamanı xaricdə bir sıra ölkələrdə təqdimat mərasimlərinin keçirildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti bu tədbirlərdə Azərbaycanın tarixi və ənənələrinin, Qarabağ həqiqətlərinin dünyada tanıdılmasının əsas yer tutduğunu dedi. Azərbaycanda söz və mətbuat azadlığı, ən kəskin məsələlərə dair diskusiyalar, cəmiyyəti narahat edən problemlərin obyektiv işıqlandırılmasında medianın rolunun əvəzsiz olduğunu qeyd edən Mehriban Əliyeva bildirdi ki, bütün mətbuat orqanları obyektiv və qərəzsiz olmalı, xalqının və dövlətinin maraqlarını hər şeydən üstün tutmalı və cəmiyyətdə mərhəmət, ədalət prinsiplərini təbliğ etməlidir.


“ANS kanalının Azərbaycan jurnalistikasında xüsusi yeri var. Siz ölkəmizin ilk müstəqil telekanalısınız. 20 ildən çoxdur ki, fəaliyyət göstərirsiniz. Öz peşəkarlığınız, öz prinsipial mövqeyiniz, milli ruhunuzla Azərbaycan xalqının inamını, dəstəyini və hörmətini qazanmısınız. Müharibə zamanı, ən ağır anlarda ANS-in cəbhə xəttindən hazırlanmış reportajları hamımızın yadındadır. Artıq bu görüntülər Dağlıq Qarabağ münaqişəsinin tarixi xronikasına çevrilib. Milli Qəhrəman Çingiz Mustafayevin yüksək peşəkarlıqla və cəsarətlə hazırlanmış videoreportajları Xocalı faciəsinin əsl simasını bütün dünyaya göstərdi. Biz Fondun Xocalıya ədalət beynəlxalq kampaniyasında bütün bu materiallardan istifadə edirik”, - Mehriban Əliyeva əlavə etdi.

Mehriban Əliyeva "İlin adamı" mükafatının təqdimetmə mərasimində çıxış edir

Mehriban Əliyeva 2005-ci ildə də Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən “İlin adamı” elan olunmuşdu.

Azərbaycanda ilin adamı mükafatı 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu mükafata Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, müsbət imicinin formalaşdırılması naminə xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

ANS Mehriban Əliyevaya mükafat təqdim etdi








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ