Fransa səfirindən Qarabağla bağlı paylaşım: “Beynəlxalq hüququ müdafiə edirik” - FOTO
Fransanın Azərbaycandakı səfiri Zakari Qross Qarabağla bağlı paylaşım edib.
Bu barədə o “Twitter” hesabında yazıb.
“Bu, Azərbaycan və Ermənistan üçün iyulda və payızda baş vermiş iki açıq münaqişə ilə taleyüklü il oldu. Azərbaycan bayrağı Qarabağın ətrafındakı yeddi rayonda və Şuşa şəhərində bərpa edildi”, - deyə o qeyd edib.
Səfir bildirib ki, hər iki tərəfdən qaçqın və məcburi köçkünlərin bölgəyə qayıtmasına görə çoxlu suallar ortaya çıxacaq.
O qeyd edib ki, Fransa beynəlxalq hüququ müdafiə etməyə, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun prinsiplərini, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək.
“İndi regionda sülhə hazırlaşmaq, nifrətə son qoymağa, inamı, tərəqqini və sabitliyi inkişaf etdirmək zamanıdır”, - deyə Z.Qross əlavə edib.