Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Yaralı halda məktub yazıb döyüşə gedən "Şuşa qartalı" - Video

Yaralı halda məktub yazıb döyüşə gedən "Şuşa qartalı" - Video

Vətən müharibəsi dövründə qəhrəmanlığı ilə seçilən hərbçilərimizdən biri də polkovnik-leytenant Bəhruz Abuşov olub.

Lunar.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, döyüşçülərin "Şuşa qartalı" adlandırdığı Bəhruz Abuşov 1983-cü ildə Qəbələ rayonunun Nohurqışlaq kəndində doğulub. O, orta təhsilini uğurla başa vurduqdan sonra hərbi akademiyaya daxil olub.

İxtisaslı hərbi kimyaçı olub. O, istər Azərbaycanda, istərsə də Türkiyədə qatıldığı bir sıra xüsusi təlimlərdə ən yüksək nəticələr göstərdiyindən xüsusi təyinatlı döyüşçülər qrupuna daxil edilib. Hərbçi yoldaşları bildirir ki, döyüşdə aktiv iştirak etməklə yanaşı yaralılara da kömək edərək ərazidən uzaqlaşdırıb.

Bəhruz Abuşov yaralansa da, döyüşdən qalmayıb. O, yaralı halda məktub yazıb və gizlicə döyüşə yollanıb.

Qəhrəmanımız Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Mövzu ilə bağlı videomaterialı təqdim edirik:











İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ