Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Heyvandan insana keçən dəhşətli virus yayılır - 19 nəfər ölüb və...

Heyvandan insana keçən dəhşətli virus yayılır - 19 nəfər ölüb və...

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada heyvandan insan keçən və ölümcül olan "Lassa" qızdırmasından ölənlərin sayı 19-a çatıb.

Lunar.az xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) əyalət kordinatoru, həkim Rilvau Muhammed bildirib ki, dünya yeni tip koronavirusla mübarizə aparmağa davam edərkən, əyalətdə "Sarı hərarət" və "Lassa" qızdırması ortaya çıxıb.

"Sarı hərarət" pandemiyasi ilə mübarizə çərçivəsində əyalətin 19 bölgəsinə 4 milyon peyvənd göndərilib. 2021-ci ilin Yanvar ayında etibarən 1-44 yaş arasında olan insanlara peyvəndin vurulması planlanıb. Hökümət pandemiyanın qonşu əyalətlərə bulaşmaması üçün əlindən gələni edir.

Qeyd edək ki, yanvarda ayından bu günə kimi Nigeriyanın 29 əyalətində 300-dən çox insan "Lassa" qızdırması səbəbiylə dünyasını dəyişib. Hər il quraqlığın yaşandığı noyabr və may aylarında "Lassa" qızdırması daha da çoxalır.

Siçovul nəcisi ilə təmas nəticəsində yayılan bu xəstəlik insandan insana keçə və ölümcül qızdırmaya səbəb ola bilir. Bu barədə insanlara bildirilir ki, gigiyena qaydalarına xüsusi diqqət yetirsinlər, siçovul və digər gəmirici heyvanlarla birbaşa təmas halında olmasınlar. (redaktor.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ