Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Ayaqlarımın dərisini 17 gün soydular" - Kəlbəcərdən ayaqyalın çıxan qadın

"Ayaqlarımın dərisini 17 gün soydular" - Kəlbəcərdən ayaqyalın çıxan qadın

Türkiyənin Anadolu Agentliyi 44 günlük müharibədə 50-dən çox top və raket altında qalan Tərtər rayonundan reportaj hazırlayıb.

Lunar.az xəbər verir ki, rayonun Şah qəsəbəsi müharibə zonasına yaxın ərazidə yerləşdiyindən burada çoxsaylı mənzillərə, evlərə, xəstəxanalara və məktəblərə ciddi ziyan dəyib.

Qəsəbədə evi istifadəyə yarasız hala düşən Kəlbəcər sakini Nəzakət Quliyeva erməni hərbi birləşmələrinin 1992-ci ildə Kəlbəcərdəki evini də belə dağıtmasından danışıb. Oradakı evini məcburi köçkün olmazdan bir il əvvəl inşa etdirdiyini deyən Nəzakət qarlı, çovğunlu havada Kəlbəcərdən ayaqyalın çıxdıqlarını deyib:

"Həmin gün haqqında danışmaq çox çətindir. Ayaqlarım soyuqdan şişmişdi. 17 gün dərisi soyuldu. Gecə-gündüz yatmadan, dincəlmədən 3 gün yol getdik. Axırda Gəncəyə gedib çatdıq. Gələnlərin arasında ayaqyalın o qədər insan var idi ki...".

N.Quliyeva artıq Kəlbəcərin işğaldan azad olunduğunu və doğma yurduna qayıtmaq istədiyini bildirib:

"Allah bizə ömür versin. Gedib doğma yurd-yuvamızı görək. Öz torpağımıza qayıdaq. Kəlbəcərə gedən kimi anamın qəbrini ziyarət edəcəm". /Axşam.az









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ