loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Qələbə paradında bunları izləyəcəyik... - MÖHTƏŞƏM OLACAQ!
Qələbə paradında bunları izləyəcəyik... - MÖHTƏŞƏM OLACAQ!
loading...
“Bu, tariximizdə böyük hadisədir. Azərbaycan var olduqca, həmin hərbi parad yaddaşlardan silinməyəcək. Xalqımız öz ordusu ilə daim fəxr edəcək”.

Bu sözləri Redaktor.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. O bildirib ki, qalib ordunun əsgəri olaraq bundan sonra xidmətə gedəcək əsgərlər böyük şərəf hissi keçirəcək:

“Bu paradda iştirak edən şəxslərin xələfləri də onlarla fəxr edəcək. Qələbə paradında Azərbaycan Ordusunun qənimət kimi əldə etdiyi hərbi avadanlıqlar nümayiş etdiriləcək. Bununla yanaşı, ordunun öz hərbi qüdrətini göstərmək üçün bu imkandan bir daha istifadə ediləcək.

Azərbaycan Ordusunun silah texnika parkında mövcud olan bütün avadanlıqlar da bu paradda olacaq.

Bura zirehli texnikalar, pilotsuz uçuş aparatları, artilleriya qurğuları, raket sistemləri, reaktiv yaylım atəş sistemləri daxildir.

Ən əsası da hərbi əməliyyatlarda fərqlənən hərbi qulluqçularımız, qalib Azərbaycan əsgərləri, düşmənin müdafiə xəttini yaran hərbçilərimiz şərəflə, qürurla bu meydandan keçəcəklər. Azərbaycan xalqının, ürəyi Azərbaycanla döyünən hər bir kəsin fəxarətlə izləyəcəyi bir hərbi parad olacaq”.



loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 319
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!