loading...
loading...
Söhbət otağı
Söhbət otağı
Söhbət otağı
loading...
Rəsmən açıqlandı: Bu ərazilər də Azərbaycana qaytarılır
Rəsmən açıqlandı: Bu ərazilər də Azərbaycana qaytarılır
loading...
“Azərbaycan xalqı 2020-ci ilin 27 sentyabrında başlayan və 10 noyabrda böyük tarixi Qələbə ilə hərb tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsini hələ uzun illər xatırlayacaq. “Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında igid, mərd, qəhrəman oğullarımızın göstərdikləri şücaətlər, qəhrəmanlıqlar hələ uzun müddət dillərə dastan olacaq.

Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin güclü siyasəti, şanlı Azərbaycan Ordusunun qüdrəti, şəhidlərimizin, yaralı hərbçilərimizin qanı bahasına əldə etdiyimiz tarixi Qələbə, böyük Zəfər bizə mənliyimizi, kimliyimizi qaytarmaqla yanaşı, Azərbaycan dövlətinin nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. 30 ilin həsrətinə 44 günlük Vətən müharibəsində son qoyuldu. Azərbaycanın dilbər guşələri olan rayonlarımız düşmən tapdağından azad edildi. Biz əminik ki, Qazaxın düşmən tapdağı altında olan yeddi kəndi - Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndləri də tezliklə işğaldan azad olunacaq və digər soydaşlarımız kimi biz də öz doğma yurd-yuvamıza qayıdacağıq”.

Bu gün bu fikirlər Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara, Aşağı Əskipara kəndlərindən olan sakinlərlə keçirilən görüşdə səslənib.

İcra başçısı 10 noyabrda imzalanmış Bəyanatda da qeyd edildiyi kimi Qazaxın işğal altında olan yeddi kəndinin də mütləq azad olunacağını bildirib. Kəndlərimizin azad olunması ilə bağlı heç bir narahatlığın olmadığını, işğaldan azad olunan torpaqlarımızda olduğu kimi, Qazaxın həmin kəndlərində də yaxın bir zamanda üçrəngli bayrağımızın dalğalanacağını qeyd edib.

İcra başçısı bir daha bu şanlı zəfəri bizlərə bəxş edən şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgər və zabitlərimizə isə şəfa diləyib. Ali Baş Komandana, ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə bir daha sonsuz minnətdarlığını çatdırıb.





loading...
loading...
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 542
loading...





  • Foto.Lunar.az
    İnformasiya
    Qonağ qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Reklam
    Musiqim.az
    Xəbər lenti HAMISI

    Musiqi HAMISI

    HAMISI Ən çox oxunanlar

    Reklam
    Səsvermə
     

    Ən çox hansı mövzuya aid xeber xoşlayırsız


     
     

    Рейтинг@Mail.ru

    Məlumatlardan istifadə zamanı www.Lunar.az-a istinad edilməsi vacibdir. Sayt bütün brauzerlər ilə tam dəstəklənir.
    Copyright © 2016-2020. Bütün hüquqlar qorunur!