Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Bu son deyil, biz geri dönəcəyik” - Laçının Zabux kəndindəki silahlı erməni arvad -VİDEO

"Bu son deyil, biz geri dönəcəyik” - Laçının Zabux kəndindəki silahlı erməni arvad -VİDEO

Ermənilərə bildirilib ki, azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir... "Göründüyü kimi, dinc erməni anlayışı çox şübhəlidir: bunların çoxu- qadınlı-kişili potensial işğalçı və terrorçudur..." Gecə saatlarından yayılmış xəbərlərdən bəlli olduğu kimi, artıq 10 Noyabr razılaşmasına əsasən mülki işğalçı ermənilər Laçın rayonunun 50 kəndini tərk ediblər.

Lakin bir neçə gündür ki, erməni mənbələrində bəhs edilən rayonun mərkəzi olan Laçın şəhəri və daha iki kəndin Ermənistanın nəzarətində qalacağı haqda iddialar səslənir. Həmin kəndlərdən biri də Laçın-Gorus-Qafan-İrəvan yolunun üzərində, işğalçı ölkə ilə sərhəddə yaxın yerləşən Zabux kəndidir. Görəsən, hazırda hələ də ermənilərin qaldığı həmin kənddə nə baş verir?

Lunar.az xəbər verir ki, News.am saytının yaydığı məlumata görə, “Axavno” adlandırılmış Zabux kəndinin qanunsuz erməni sakinləri evlərini boşaltmaq üçün əşyalarını toplayırlar. Muşeq Bakhuntsun sözlərinə görə, kəndin kimin nəzarətində qalacağıyla bağlı hələ də etibarlı məlumatları yoxdur. Əşyalarını toplayan digər qeyri-qanuni sakin Sasun Bağdalqulyan kəndin Azərbaycana veriləcəyini deyildiyini söyləyib. Eyni zamanda bildirilib ki, azərbaycanlılarla birgə yaşamaq istəsələr, bu, onların öz iradəsidir.

Bu halda evlərə toxunmamaq və sökməmək barədə xəbərdarlıq edilib. Zabuxun qanunsuz “mer”i Andranik Çavuşyan qeyd edir ki, kəndin düşmənə təslim edilib-edilməyəcəyi rəsmən elan olunmayıb. O bildirib ki, sonadək mübarizə aparacaq və Zabuxdan heç bir erməni evinin köçürülməsinə imkan verməyəcək... Onu da xatırladaq ki, 2014-cü ildən bəri Livandakı erməni iş adamlarının maliyyəsi hesabına Zabuxda sülənən ermənilər üçün 100-ə yaxın yeni ev tikilib.


]
Mənbə:Moderator.az








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ