Ermənilər əsir götürdükləri Amin Musayevin fotosunu yaydılar
Ermənilər Şuşa uğrunda gedən döyüşlərdə əsir götürülmüş Azərbaycan Ordusunun hərbçisi Amin Musayevin son fotosunu yayıblar.
Lunar.az xəbər verir ki, hərbçimizin Yerevan şəhərindəki hərbi hospitallardan birində saxlanıldığı xəbər verilir.
Xatırladaq ki, Amin Musayevdən başqa daha bir hərbçimiz – Bayram Kərimov da 44 günlük Vətən Müharibəsi zamanı yaralanaraq, ermənilərə əsir düşüb. Onların Ermənistan ərazisində saxlanıldığına dair məlumat var.//Legitim.az