Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
“Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu…” - Türk generaldan MÜHÜM AÇIQLAMA

“Makron bu qətnaməni təsdiq edərsə, Türkiyə ordusu…” - Türk generaldan MÜHÜM AÇIQLAMA




Fransa Senatının qəbul etdiyi qətnamə zibil kağız parçasıdır. Hüquqsuz, haqsızdır. Yalan və şərlə doludur. Tarixi reallıqları təhrif edir. Bu qərar əvvəlcə hökumət, daha sonra Prezident Emmanuel Makron tərəfindən təsdiqlənməlidir. Makron isə ötən həftə Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bildirib. Senatda çıxış edən hökumət sözçüsü isə bu qətnamənin dövlətin mövqeyinə uyğun olmadığını, qondarma respublikanın Ermənistan tərəfindən belə tanınmadığını, sənədin nə Ermənistana, nə Azərbaycana, nə Fransaya, nə də Minsk Qrupuna faydası olduğunu bəyan edib. Bu bəsit kağız parçası yeni Ermənistan-Azərbaycan müharibəsi başlatmaq qüdrətində deyil.

Lunar.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General bildirib ki, bu qərarın Türkiyə-Azərbaycan münasibətlərinə də heç bir təsiri olmayacaq: “Daha əvvəl də ifadə etdiyimiz kimi, Türkiyə keçmişdə, bu gün və gələcəkdə Can Azərbaycanın yanında olub, olmağa davam edəcək. Bunun haqsız qərarlarla heç bir əlaqəsi yoxdur. Belə hadisələr bizi ancaq bir-birimizə daha da yaxınlaşdıra bilər. Onsuz da Azərbaycan-Türkiyə münasibətləri tarixinin ən yüksək zirvəsindədir. Bizim davamız haqq davasıdır. Belə yalanlarla təhrif edilə bilməz. Rusiya Prezidenti Vladimir Putinin də dediyimi kimi, Türkiyə ilə bağlı hər şey deyilə bilər, amma beynəlxalq hüquqla uzlaşması ilə bağlı heç bir neqativ fikir səsləndirilə bilməz”.

Y.Karauz Türkiyənin ATƏT-in Minsk Qrupunun həmsədrliyinə keçməsini real siyasət hesab etmir: “Bu, çox da gərəkli və əhəmiyyətli deyil. Buna dünyanı idarə edənlər – BMT-nin 5 daimi üzvü və digərləri çox da müsbət yanaşmaz. Amma Türkiyə həm meydanda, həm də masada Rusiya və Azərbaycanla birgə sözünü deməyə, davranışlarını və mövqelərini sərgiləməyə qadirdir. Nəticə olaraq, Türkiyənin Minsk Qrupunun həmsədrliyinə keçməsini çox da real dəyərləndirmirəm”.

General diqqəti Fransanın son 200-300 illik tarixinə yönəldib: “Bu tarix çərçivəsində hüquq, insan haqları, demokratiya, müharibə cinayətləri baxımından yaxşı şeylər görmürük. Daha əvvəl Ruandada, Barbadosda və Qvineyada həm haqsızlıq, həm də hərbi cinayətlərə kifayət qədər yol veriblər. Dolayısı ilə Fransanın nə Türkiyəyə, nə də Azərbaycana qarşı bu çərçivədə deyəcək heç bir sözü olmamalıdır. Fransa Senatının verdiyi bu qərar, keçmişindəki hadisələr və islamofobiyaya qarşı insan haqlarına, demokratiyaya zidd hərəkətlərin dilə gətirilməsinin faydası olmadığını düşünürəm. Senatın qətnaməsində Azərbaycanın Qarabağda terror cinayətləri törətdiyini bəyan edir və bu cinayətlərin araşdırılmasını tələb edirlər. Ermənilərin 44 gün ərzində 94 mülki insanımızı şəhid etməsi faktları, işğaldan azad olunan ərazilərdə mədəni, dini və təbiətə qarşı törətdikləri terror fəaliyyətləri ortada ikən 27 ildir bütün bunlara səsini çıxarmayan Fransanın Azərbaycanın hüquqa zidd davranışlar sərgilədiyini dilə gətirməsi iftiradır”.

General Fransa Senatının qətnaməsinin Fransa hökuməti və Makron tərəfindən təsdiq edilməyəcəyini düşünür: “Fransa Senatının davranışı ölkənin daxili siyasətdə erməni lobbisinin təsiri altında qalması ilə bağlıdır. Qətnamənin qəbulunun iqtisadiyyatda və pandemiya ilə mübarizədə uğursuzluqlarının üzərindən diqqətləri başqa istiqamətə çəkmək cəhdləri kimi qəbul edirəm. Buna görə bu məsələyə çox da böyük diqqət ayırmamaq, lakin birliyimizi həm beynəlxalq məkanda, həm də regional platformada yüksək səslə ifadə etmək lazım olduğunu düşünürəm”.

Onun sözlərinə görə, Ermənistanın 1994-cü ildə beynəlxalq səviyyədə tanınmış sərhədləri yoxdur: “Bu, yalan bəyandır. BMT-nin 4 qətnaməsi və ATƏT qanunları çərçivəsində Dağlıq Qarabağ və ətraf ərazilərinin Azərbaycana aid olduğu bəllidir. Fransa hökuməti və Makron bu qətnaməni təsdiq etməz, amma hazırda Avropadakı kiçik ölkələri təhrik etməkdədirlər. 2-3 gün sonra Belçika parlamentində Ermənistanın bu fəaliyyətinə dəstək qərarı verilməsi gözlənilir. Bunlara reaksiya bildirməliyik, amma çox da şişirməməliyik. Yox, hökumət və Makron qətnaməni təsdiq edərsə, səfirlərini diplomatik korpuslara dəvət edərək sorğuya çəkməli, Fransa mallarını boykot etməli, Fransanın Xəzər dənizindəki fəaliyyəti çərçivəsində Azərbaycanda iqtisadi maraqlarını yenidən dəyərləndirməli, türk əsgərlərinin Qarabağda yerləşdirilməsini sürətləndirməli, Pakistan və Türkiyə kimi ölkələrlə ortaq qərarlar və reaksiyalar verməli, Fransa xalqı və ağlı başında olan ziyalılarına haqq davamızın uyğun formada çatdırmalıyıq. Bu mövzunu Rusiya ilə koordinasiyalı şəkildə inkişaf etdirməkdə də fayda var”.

Hərbi attaşe bildirib ki, bu qətnamə Fransanın tarixində qara ləkə olacaq. Beynəlxalq miqyasda heç bir ağırlığı yoxdur. Bir teatr oynamaq, gələnilki seçkilərə hazırlıq görmək məqsədilə, uğursuzluqlarını erməni lobbisinin dəstəyi ilə ört-basdır etmək istəyirlər.//










İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ