Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Türkiyə Fransanın cavabını verdi - Rədd edirik..."

Türkiyə Fransanın cavabını verdi - Rədd edirik..."

Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasına Türkiyə sərt reaksiya verib.

Lunar.az Redaktor.az-a istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi saytında bu məlumat yer alıb:

"Fransa Senatında qəbul olunan qərar beynəlxalq hüququn təməl prinsiplərinə məhəl qoyulmamasının bariz nümunəsidir. Qərarda Türkiyəyə istinad olunaraq dilə gətirilən iddiaları tamamilə rədd edirik. Fransa Senatında qəbul olunan bu qərar ATƏT-in Minsk Qrupunun bu günədək məsələyə niyə həll yolu tapmadığını, tərəf tutduğunu göstərir".

Məlumatda Fransa Senatının Azərbaycanın işğaldan azad etdiyi öz torpaqlarından geri çəkilməsi çağırışının gülünc, qeyri-ciddi olduğu vurğulanıb. Bu izaholunmaz qərarın Fransanın məsələnin həqiqi həllinə təsir etmək imkanının məhdudlaşdırılmasına səbəb olacağı qeyd edilib.









Информация
Посетители, находящиеся в группе Qonağ, не могут оставлять комментарии к данной публикации.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ