Erməni politoloqdan ŞOK AÇIQLAMA: Paşinyan Azərbaycana təzminat yerinə Zəngəzuru təklif edəcək
Cəbhədə aldığı ağır məğlubiyyətdən sonra indi də Ermənistandan Azərbaycana ödəniləcək təzminat danışılır.
Lunar.az xəbər verir ki, erməni siyasətçi, "Respublikaçı Partiyası"nın təmsilçisi Eduard Şarmazanov Paşinyanın 50 milyardlıq təzminat yerinə Zəngəzuru Azərbaycana verəcəyini qeyd edib: "Paşinyan artıq İlham Əliyevə heç bir şey deyə bilməz. Buna cəsarəti yoxdur. Beynəlxalq məhkəmələr Ermənistanın Azərbaycana ödəməli olduğu 50 milyarddan danışır. Paşinyan təkrar görüşlərə qatılacaq və 50 milyard yerinə Zəngəzuru təklif edəcək".