Türkiyə-Azərbaycan münasibətləri həmişə yaxın olub. Məlum olduğu kimi, bu münasibətlər “Bir millət – iki dövlət” prinsipi üzərində təşəkkül tapır. Türkiyə və Azərbaycan arasında elə bir bağ var ki, bu, dünyanın başqa iki dövləti arasındakı münasibətlərdə yoxdur. Burada siyasi-iqtisadi maraqlar yox, milli, tarixi və qan bağları ön plandadır. Bu, sırf qardaşlıq münasibətləridir.
Ərdoğan özündən əvvəlki Türkiyə prezidentləri arasında yeganə dövlət başçısıdır ki, Azərbaycana bu qədər isti münasibət göstərir. Burada şəxsi münasibətlərin də önəmi var. Məlumdur ki, Prezident İlham Əliyevlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında isti münasibətlər, qardaşlıq əlaqələri var. Bu, Ərdoğanın yürütdüyü siyasətdə də əks olunur.