Bu gün Ağdam erməni işğalından azad olunub. Hər bir azərbaycanlı xüsusən də Ağdamlılar bu günü bayram günü kimi qeyd edir.
Lunar.az xəbər verir ki, əslən Ağdamdan olan müğənni Tunar Rəhmanoğlu da sosial media hesabında bununla bağlı paylaşım edib. O, İnstaqram hesabında ifasını paylaşaraq "Ağdam, qayıdışın mübarək" sözlərini yazıb. Sevincli anlar yaşadığını deyən ifaçı sözlərinə belə davam edib:
"30 il Qarabağ oxudum. İnşallah, artıq o ifamı niskilsiz, həsrət çəkmədən vətənimdə, Ağdamımda-Qarabağımda oxuyacam, Allah ömür verərsə. Arzuma çatdım. Prezident İlham Əliyevə sonsuz təşəkkür edirəm. Şəhidlərimizin ruhu şad olsun, hər zaman ruhunuz, adınız qarşısında baş əyirəm. Təbriklər, gözün aydın Azərbaycan".