Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
7 yaşında ermənilərə əsir düşən Xocalı sakini - Video

7 yaşında ermənilərə əsir düşən Xocalı sakini - Video

"Əsirlər arasında bir oğlan var idi. Ermənilər onun boğazına məftil bağlayıb, maşının arxasında sürüyürdülər".

Lunar.az xəbər verir ki, bu sözləri Xocalı sakini Xəzəngül Əmirova "Vaxtı Gəldi" verlişinə qonaq olan zaman deyib. O bildirib ki, ermənilər tərəfindən atası, anası və bacısı öldürülən zaman cəmi 7 yaşı var imiş:

"Həmin faciyə zamanı anamı, 5 yaşlı bacımı və atamı itirmişəm. O anlar heç vaxt yaddaşımdan silinməyəcək. Ən əsası da atamın acınacaqlı şəkildə öldrülüməsi... Ermənilər bizi Xocalıdan Əsgərana gedən zaman girov götürdülər. Anamı, bacımı Xocalıda meşədə vurub öldürdülər.

Atamla ikimiz qalmışdıq. Daha sonra bizi ayrı yerə saldılar. Orada tək qalmışdım. Ağlayıb atamı istədiyimi bildirəndə ermənilərdən biri dedi ki, gəl səni onun yanına aparacam. Çölə çıxanda gördüm ki, atamı acağa bağlayıb üstünə benzin tökürlər. Atamın o an olan baxışları gözümün önündən getmir.

Lakin indi sevincli anlar yaşayıram. Biz o torpaqlara qayıdacağıq, atamın və anamın ruhu da şad olacaq. Bir əhdim var: ayaqyalın çıxdığım Xocalıya ayaqyalın qayıtmaq".




Axşam.az









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ