Ermənilər Kəlbəcərdə "qədim tarix" istehsal edirmiş - FOTOFAKT
Azərbaycan ordusu Kəlbəcərdə "Qədim erməni tarixini" istehsal edən zavod aşkarlayıb.
Bu barədə tanınmış jurnalist, Azərbaycan Dövlət Televiziyasının ilk Türkiyə təmsilçisi, Azərbaycanın İstanbuldakı sabiq baş konsulu (2003-2006) İbrahim Nəbioğlu özünün "Twitter" hesabından fotolar paylaşıb.
O bildirib ki, erməni ustalar yonduqları ornament və xaça qədim görünüş vermək üçün sirkədə saxlayır və oksidləşdirirlər.
"Sonra bu daşları torpağa basdırır, bir müddət sonra isə artıq "tarixi əsərlər" üzə çıxır", - deyə o bildirib.