Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Köçəryan erməni ordusunu yıxdı-sürüdü: “Ordu deyil…”

Köçəryan erməni ordusunu yıxdı-sürüdü: “Ordu deyil…”

Ermənistanın hərbi-siyasi rəhbərliyi ölkədə tənqidi fikirləri qadağan etmək istiqamətində addımlarını davam etdirir.

Lunar.az xəbər verir ki, indi də Ermənistan Müdafiə Nazirliyi deputat Andranik Köçəryanın tənqidi fikirlərinə görə parlamentin rəhbərliyinə müraciət etmək niyyətindədir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Andranik Köçəryan hökumətyönlü deputatdır. O, parlamentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədridir. Bununla belə, deputat Qarabağ savaşındakı acı məğlubiyyətə görə Müdafiə naziri David Tonoyanı və bütövlükdə Ermənistan silahlı qüvvələrini sərt tənqid etməkdən çəkinmir.

Deputat müsahibələrində bildirib ki, Müdafiə Nazirliyinin rəhbərliyi qeyri-peşəkardır. O, eyni zamanda sual edib ki, müharibə dövründə Qarabağ səması niyə kifayət qədər yaxşı qorunmayıb, Su-30 SM qırıcılarındən nə üçün istifadə edilməyib?

Andranik Köçəryan həmçinin Tonoyanın hərbi formasına da irad tutub. Deputat nazirin hərbi formasını “balıqçı geyimi” adlandırıb. “Belə ordu olmur, bunlar sadəcə silahlı insanlardır”, - deyə o əlavə edib.

Ermənistan Müdafiə Nazirliyi isə spikerə müraciət edərək Köçəryanı komissiya sədrliyindən uzaqlaşdırmağa çalışır.

Nazirliyin açıqlamasında Köçəryanın fikirləri təhdid və hərbi sirrin yaymaq kimi dəyərləndirilir.

“Bu fikirləri sıravi şəxs səsləndirsəydi, anlayışla yanaşmaq olardı. Ancaq söhbət belə bir məsuliyyətli vəzifə tutan şəxsdən gedəndə narahatlıq yaranır.

Cənab Köçəryan özündə ciddi təhdid ehtiva edən açıqlamalar verir. Məsələn, o, Su 30SM məsələsini Baş Qərargah rəisi ilə bağlı qapılar arxasında şəxsən müzakirə edə bilərdi. Amma Köçəryan hərbi sirr olan bu məsələ barədə açıq danışır. Bu, onun yerində olmadığını göstərmirmi? Bu bayağı və ucuz spekulyasiya və ya təxribat deyilmi? Cənab Köçəryan ordunu davamlı təhqir etməklə nəyə nail olmaq istəyir? ", - deyə nazirlik qeyd edir.

Yenisabah.az









İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ