Bu günün – 19 noyabr tarixinin əhəmiyyətli hadisələrini təqdim edirik.
Əhəmiyyətli hadisələr 1493 — Xristofor Kolumb Puerto-Riko adasını kəşf etmişdir. 1816 — Varşava Universiteti təsis edilmişdir. 1946 — Əfqanıstan, İslandiya və İsveç BMT üzvlüyünə qəbul edilmişlər. 1900 — Bakı əhalisi və polisin fəaliyyətindən bəhs edən “Bakı Camaatının Həyatı və Velikoknyaz Prospekti ilə Hərəkəti” filmi ilk dəfə nümayiş olunmuşdur. 1946 — BMT irqi və dini ayrı-seçkiliyi pisləyən qətnamə qəbul etmişdir. 1969 — Pele Rio de Janeyronun Marakana stadionunda futbol yarışlarında 1000-ci qolunu vurmuşdur. 1972 — Stenford Universitetində ilk kiberidman turniri təşkil olunmuşdur (“Spacewar!” oyunu üzrə). 1977 — Misir prezidenti Ənvər Sadat İsrailə səfər etmiş ilk ərəb lideri kimi tarixə düşmüşdür. 1979 — Keçmiş SSRİ-də ilk sürət qatarı (200 km/saat) Moskva – Leninqrad reysi ilə hərəkətə başlamışdır. 1985 — ABŞ prezidenti Ronald Reyqan Cenevrədə SSRİ lideri Mixail Qorbaçovla görüşmüşdür. 1987 — 1931-ci il istehsalı olan “Bugatti Royale” hərrac yolu ilə 5,5 milyon dollara satılmışdır. Bu, avtomobil tarixinin o dövrə qədərki ən böyük hərracı olmuşdur. 1996 — Azərbaycan Respublikası Kot-d’İvuar ilə diplomatik əlaqələr qurmuşdur. 2008 — Haaqada “Azərbaycanın Holland dostları” cəmiyyəti təsis edilmişdir.
Doğumlar 1917 — İndira Qandi, Hindistanın məşhur siyasi xadimi. 2000 – Bakinski Adil Xandadoşoff
Ölümlər 1993 – Leonid Qayday, SSRİ kinorejissoru. 2016 -Nəriman Əzimov, Azərbaycanlı bəstəkar və dirijor, Azərbaycan Respublikasının Xalq artisti (1991).
Bayramlar və xüsusi günlər Beynəlxalq kişilər günü Ümumdünya Tualet Günü