Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Moskvada Qarabağ müzakirəsi başa çatdı - AÇIQLAMA

Moskvada Qarabağ müzakirəsi başa çatdı - AÇIQLAMA

Rusiya xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Stefan Viskontini (Fransa), Endryu Şoferi (ABŞ), habelə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki qəbul edib.


Lunar.az Yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Məlumata görə, görüş zamanı Dağlıq Qarabağda və onun ətrafında atəşin və bütün hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli birgə bəyanatdan sonra bölgədəki vəziyyətin həlli üçün vasitəçilik səylərinin əlaqələndirilməsi məsələləri müzakirə edilib.

“Məsləhətləşmələr zamanı 9 noyabrda Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanatından sonra Dağlıq Qarabağdakı və onun ətrafındakı vəziyyəti müzakirə ediblər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ