Bakıda intihar edən şəxs məşhur müğənninin qızı ilə sevgili imiş
Bakıda Nərimanov rayonunda 36 yaşlı şəxs özünü “AA” serialı maşının yanında “Kalaşnikov”la güllələyərək öldürüb.
“MediaPost” sözügedən intihar hadisəsinin səbəbini araşdırıb.
Araşdırmalar nəticəsində məlum olub ki, intihar edən şəxs Ramin Alməmməd oğlu Əliyev evli olduğu halda məşhur ifaçılardan birinin qızı ilə gizli sevgi münasibəti yaşayırmış. Onun sevgilisinə məşhur yaşayış komplekslərinin birindən ev aldığı da deyilir.
İddialara görə, intihar edən şəxsin sahib olduğu “Kəlam MTK” tikinti şirkəti ona qayınatası tərəfindən hədiyyə edilib. Bu münasibətdən xəbər tutan R. Əliyevin qayınatası onun əlindən bütün var-dövlətini, həmçinin sevgilisinə verdiyi evi də alıb.
Qonşuların verdiyi məlumata görə isə R.Əliyev intihar etdiyi binanın 12-ci mərtəbəsində məşuqu ilə birlikdə yaşamaq üçün ev tutub. Həyat yoldaşı və anasının onu sevgilisi ilə birlikdə həmin evdə tutmasından sonra həyətdə intihar etdiyi iddia edilir.