Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Araikin şok yazışması: Bu şəhəri məhv edək…

Araikin şok yazışması: Bu şəhəri məhv edək…

Qarabağ terrorçularının rəhbəri Araik Arutyunyan və erməni generalı Samvel Babayanın Şuşanı tamamilə məhv etməyi planlaşdırdıqları məxfi yazışmaları üzə çıxıb.

Lunar.az xəbər verir ki, bu barədə erməni Yutub kanalı “Lurer” məlumat yayıb.

İki terrorçunun danışıqlarından belə görünür ki, general Babayan Şuşaya raket zərbələri endirrək məhv etməyi vacib sayıb.

Təsəvvür edin, onlar bütün dünyaya xristian kilsəsinə raket mərmisinin düşməsindən danışır, lazım gələndə isə özləri bu qədim Azərbaycan şəhərinin bütün infrastrukturunu məhv etməyə hazır olduqlarını nümayiş etdirirlər.

Yeri gəlmişkən, kilsəyə raket zərbələrinin də erməni tərəfindən endirildiyi sübuta yetirilmişdi.

Həmən o gizli yazışmanı sizə təqdim edirik:

Babayan: Gəlin, döyüş tapşırığını hesablayaq. Otuz “Smerç” atışı ilə Şuşanı yerlə-yeksan edirik. Orada hamını öldürürük. Hər şeyi məhv edirik. Şəhəri geri götürürük.

Arutyunyan: Bundan sonra nə? Müqavimətin gələcək perspektivi çox kədərlidir… Ordunun və mülki əhalinin vəziyyəti müharibə aparmağa imkan vermir. Dağıtdıq Şuşanı, götürdük geri, sonra nə?

Babayan: Bu gün bizim bütün ordumuzun iki “Qrad”ı və mərmisi olmayan on haubitsamız var. Qalan hər şey məhv edilib.(axar.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ