Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Kəsri olduğu deyilən əsgərin problemi həll edildi - Universitetdən açıqlama

Kəsri olduğu deyilən əsgərin problemi həll edildi - Universitetdən açıqlama

Bakı Biznes Universiteti Ağdərə uğrunda döyüşən əsgərin kəsirlərinin silinməməsi məsələsinə münasibət bildirib.

Lunar.az xəbər verir ki, universitetin bununla bağlı yaydığı məlumatda əsgərlikdə olan tələbəyə güzəşt ediləcəyi qeyd edilib:

"Bakı Biznes Universiteti bütün tərkibi ilə daim Ali Baş Komandanın yanında olmağı özünə müqəddəs borc bilib.

Müharibənin ilk günlərindən universitet cəbhədə iştirak edən tələbə, məzun və əməkdaşlarına təhsil haqqına güzəşt, yaralananlara, müharibə iştirakçılarına, şəhid ailələrinə maddi-mənəvi dəstək olmağı qərara almış və bu istiqamətdə müvafiq işlər görülmüşdür”.

Məlumatda bildirilir ki, Əsgərov Fərid Zaur oğluna 2020-ci ilin yanvarında ərizəsinə əsasən könüllü hərbi xidmətə getdiyi üçün təhsildən möhlət hüququ verilmişdir. Hərbi xidməti bitirdikdən sonra isə qeyd edilən bütün güzəştlər ona da şamil ediləcəkdir:

"Bir daha qeyd edirik ki, bu gün birliyimizə xələl gətirən, cəmiyyətdə çaxnaşma yaradan, həqiqəti əks etdirməyən məlumatları yaymağa ehtiyac yoxdur. Bundan yalnız düşmənlərimiz faydalana bilər”.

Xatırladaq ki, Ağdərə uğrunda döyüşlərdə şücaət göstərmiş əsgərimiz Fərid Əsgərovun kəsirlərinin silinməsi üçün rektora ünvalanan müraciətin rədd edilməsi ilə bağlı məlumat yayılmışdı. Bundan sonra universitet öz "Facebook” səhifəsində məsələyə aydınlıq gətirib.


AZXEBER.COM








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ