Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Çavuşoğlu Bakıda ağacəkmə aksiyasına qoşuldu

Çavuşoğlu Bakıda ağacəkmə aksiyasına qoşuldu

Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyinin təşəbbüsü ilə "Gələcəyə nəfəs ol!" şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub.

BiG.AZ-ın məlumatına görə, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.

Türkiyə və Azərbaycanın dövlət rəsmilərinin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi ağacəkmə aksiyası keçirilib.

Aksiyada 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib.

Qeyd edək ki, ETSN-nin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ