9 maddəlik atəşkəs razılaşmasının beynəlxalq müqavilənin müddəalarını ehtiva etdiyinə inanıram, buna görə də Baş nazir Nikol Paşinyan onu imzalaya bilməz.
Lunar.az xəbər verir ki, bu fikirləri Ermənistan Vəkillər Birliyinin sədri Ara Zöhrabyan Facebook səhifəsində yazıb.
“Xüsusilə, bu razılaşma barışıq haqdadır, eləcə də Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisi boyunca nəqliyyat əlaqəsinin yaradılmasına aiddir. Bu da həmin ərazinin istifadəsi baxımından vətəndaşlar üçün müəyyən məhdudiyyətlər təmin edə bilər.
Yuxarıda göstərilənlərə əlavə olaraq, Baş nazirə xalqın adından – xalqın iradəsi xaricində oxşar məzmunda bir sənəd imzalamaq səlahiyyəti verilmir.
Fikrimcə, bu vəziyyətdən çıxış yolu Nikol Paşinyanın istefasıdır: “Sənədin qanuniliyi isə Ermənistan və Qarabağı (işğal edilən Azərbaycan torpağı) müdafiə edən birgə qüvvələr tərəfindən rədd edilməlidir”.
1.Əminəm ki, Rusiya da erməni xalqının qərarına hörmət edəcək və etibarını itirmək istəməyəcək.
2.İğtişaşlardan və bu kimi qeyri-qanuni fəaliyyətlərdən çəkinmək lazımdır.
3.Sənədin tamamilə Azərbaycan tərəfdarı olan mətninə istinad etmək istəmirəm. Məsələn, qeyd olunur: “Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinə qədər Kəlbəcər bölgəsini Azərbaycan Respublikasına qaytarır.” Belə çıxır ki, onlar Ermənistanı ələ keçiriblər” deyə Ara Zöhrabyan yekunlaşdırıb.
KONKRET.az