ABŞ valyutası - dollar
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 1-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən ANS PRESS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın ilk günü 1,5687 səviyyəsində müəyyən olunub. Dollar bu gün 1,5655 manata bərabər olub. Avropanın vahid valyutası avronun məzənnəsi isə ucuzlaşaraq 1.7118 AZN olub. Rusiyanın və Türkiyənin valyutaları da manat qarşısında ucuzlaşıb. Rubl 0.0206 manat, türk lirəsi isə 0.5247 AZN təşkil edib.
29.02.2016 tarixində manatın xarici valyutalara nisbətdə məzənnəsi
Azərbaycan Mərkəzi Bankın (AMB) İdarə Heyətinin dekabrın 21-dəki qərarı ilə üzən məzənnə rejiminə keçid edib. Bu qərar nəticəsində manatın məzənnəsi sürətlə ucuzlaşıb.
Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib.
Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq. Mərkəzi Bankın valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçiriləcək.
Üzən məzənnəyə keçid haqda qərar fevraldan sonra ikinci dəfə manatın ABŞ dollarına qarşı kəskin ucuzlaşmasına səbəb olub.