Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Prezidentdən avroparlı nazirlərə mühüm mesajlar

Prezidentdən avroparlı nazirlərə mühüm mesajlar

Prezidentdən avroparlı nazirlərə mühüm mesajlar


Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. prezident İlham Əliyev toplantıda iştirak edib.

Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının keçirilməsinin əhəmiyyətindən danışdı, bu toplantıda ötən illər ərzində görülən işlərə və qarşıda duran vəzifələrə baxılacağını bildirdi.

Ötənilki toplantıdan sonra layihə üzvləri arasında əlaqələndirmə işlərinin yüksək səviyyədə, uğurla aparıldığını deyən dövlətimizin başçısı 2015-ci ildə TANAP kəmərinin təməlinin qoyulduğunu diqqətə çatdırdı, bu layihənin “Cənub Qaz Dəhlizi"nin reallaşmasında mühüm rol oynadığını bildirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi Azərbaycan, Gürcüstan, Türkiyə və digər ölkələr arasında səmərəli əməkdaşlığı daha da genişləndirəcək. “Enerji təhlükəsizliyi bu gün dünya siyasətində, beynəlxalq təşkilatların gündəliyində mühüm yer tutur”, - deyən dövlətimizin başçısı Azərbaycanın bütün öhdəliklərinə sadiq olduğunu, ölkəmizin hər zaman bazar iqtisadiyyatı prinsiplərini daha da inkişaf etdirdiyini bildirdi, bir məqamı da vurğuladı ki, enerji əməkdaşlığı siyasi tələb məsələsi ola bilməz və bu məsələ hər hansı siyasi formatdan azad olmalıdır.


Prezident İlham Əliyev Azərbaycanın layihə üzvləri arasında güclü əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın iqtisadiyyatın digər sahələrində də uğurlara imkan yaradacağını dedi, enerji əməkdaşlığının Avropa İttifaqı ilə əlaqələrdə mühüm rol oynadığını bildirdi.

“Cənub Qaz Dəhlizi” layihəsinin icrası zamanı yubanmalara, maneələrə yol verilməməsinin vacibliyinə diqqət çəkən dövlətimizin başçısı bütün maneələri dəf etmək üçün hökumətlərin səylərini birləşdirməsinin zəruriliyini vurğuladı.

Prezident İlham Əliyev TANAP layihəsinin icrasının fəal mərhələdə olduğunu dedi, Trans-Adriatik layihəsinin də vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə etdi. “Cənub Qaz Dəhlizi” layihəsi XXI əsrin tarixi layihəsidir”, - deyən dövlət başçısı layihənin reallaşmasına verdikləri töhfələrə görə hökumətlərə minnətdarlıq etdi.

İlham Əliyev Avropa İttifaqı ilə münasibətlərin yaxşı tarixi və potensialı olduğunu, xarici ticarətimizin yarısının Avropa İttifaqı ölkələrinin payına düşdüyünü bildirdi. Azərbaycanın uzun illər özünü etibarlı tərəfdaş kimi göstərdiyini qeyd edən dövlətimizin başçısı belə tədbirlərin davamlı olacağına, bundan sonra da bütün məsələlərin öhdəsindən uğurla gəlinəcəyinə əminliyini ifadə etdi.

Layihəni dəstəkləyən ölkələrə, xüsusilə ABŞ-a minnətdarlığını bildirən Prezident İlham Əliyev imzalanacaq Bəyannamədə Azərbaycanın strateji rolunun xüsusi qeyd olunacağını bildirdi. “Cənub Qaz Dəhlizi" iri infrastruktur layihəsidir”, - deyən dövlət başçısı onu güclü əməkdaşlıq layihəsi kimi xarakterizə etdi.


Avropalı rəsmilər Bakıda toplanır
Layihə iştirakçıları olan ölkələr arasında əməkdaşlığın gələcəkdə də inkişaf etdiriləcəyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, bu, səmimi əməkdaşlıq və açıq tərəfdaşlıq layihəsidir. Azərbaycanın təsdiqlənmiş qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdıran dövlətimizin başçısı “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji xəritəsini dəyişəcəyini bildirdi.

Azərbaycanın neft tarixindən danışan Prezident İlham Əliyev bildirdi ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin neft və qaz sahəsində geniş beynəlxalq əməkdaşlıq şəbəkəsini yaradıb.


İlham Əliyev enerji məsələlərini müzakirə etdi
Çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının işğalçıların torpaqlarımızdan çıxması ilə bağlı 4 qətnamə qəbul etdiyini, münaqişənin hələ ki, həllini tapmadığını, bütün çətinliklərə baxmayaraq, Azərbaycanın sürətlə inkişaf etdiyini vurğuladı, ölkəmizin iri layihələr icra etdiyini, şaxələndirilmiş neft-qaz kəmərlərinə malik olduğunu diqqətə çatdırdı.

Dövlətimizin başçısı əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayaraq toplantı iştirakçılarını gələn il Məşvərət Şurasının üçüncü toplantısına dəvət etdi.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ