COVID-19 xəstələri rasionlarında duzlu qidaların miqdarını məhdudlaşdırmalıdır.
Lunar.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı həkim-terapevt Filipp Kuzmenko xəbərdarlıq edib.
Mütəxəssisin sözlərinə görə, bədəndə düzgün su-duz tarazlığını qorumaq koronavirus xəstələrinin müalicəsində vacib amildir.
Duzlu qidalar susuzlaşdırma ilə yanaşı qanı daha da qatılaşdırır, bu da koronavirusda zərərlidir.
"Duz toxumadakı maye komponentini çıxarır, damarlarda isə qalınlaşma baş verir", - deyə Kuzmenko izah edib.
O, həmçinin, alkoqol istifadəsinin də məhdudlaşdırılmasının vacibliyini vurğulayıb, çünki bu cür içkilər digər zərərləri ilə yanaşı dehidrasiyaya (bədənin susuzlaşmasına) səbəb olur.