Meksikanın Kampeçe ştatının Syüdad-del-Karmen şəhərində donuz sahibini öldürərək yeyib.
Lunar.az xəbər verir ki, bu barədə "The Yukatan Times" yazır.
Belə ki, Hügo adlı şəxsin evinə gələn qohumları onu qan içində uzanan aşkarlayıblar. Yanındakı donuzun kişinin əlini yediyini gördükdə qohumlar Hüqonun sağ olduğunu düşünərək heyvanı çəkməyə çalışıblar.
Qırmızı Xaç cəmiyyətinin təcili yardım əməkdaşları hadisə yerinə gəldikdə Hüqonun qan itkisindən çoxdan öldüyü məlum olub.
Qeyd olunur ki, Hüqo həmin donuzu kəsib yemək üçün bəsləyirdi.