Azərbaycanda metrolar nə vaxt açılır? - RƏSMİ AÇIQLAMA
Azərbaycanda koronavirusa yoluxanların sayı kəskin artdığına görə karantin rejimi yenidən sərtləşdirilib. Bu səbəbdən metronun fəaliyyəti də dayandırılıb. Metro bağlandığına görə avtobuslarda sıxlıq artıb. Sıxlığın aradan qaldırılması üçün Azərbaycanda metronun fəaliyyəti yenidən bərpa edilə bilərmi?
Lunar.az xəbər verir ki, bu barədə Sonxeber.az-a danışan Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metronun bağlı qalması ilə bağlı qərar dekabrın 2-nədək uzadılıb:
"Hələ ki, metronun nə zaman fəaliyyətə başlayacağı ilə bağlı rəsmi qərar yoxdur. Biz karantin rejiminin ilk günlərindən başlayaraq Operativ Qərargahla sıx işləyirik. Operativ Qərargah nə zaman metronun açılması ilə bağlı qərar verərsə, biz də o zaman fəaliyyətimizi bərpa edəcəyik. Hələ ki, bu barədə bizdə rəsmi qərar yoxdur. Metronun bağlandığı digər aylarda olduğu kimi, metronun ifrastrukturunun qorunması, tunellərin sağlam vəziyyətdə saxlanılması üçün bütün tədbirlər hər gün davam etdirilir".