"WarGonzo” internet layihəsi ilə tanınan, Qarabağdakı separatçıların mövqeyini dəstəkləyən rusiyalı hərbi jurnalist Semyon Peqovun ötən gün təqdim etdiyi videonun növbəti dəfə saxta olduğu müəyyənləşib.
"Caliber” S.Peqovun guya qondarma qurumun başçısı Araik Arutyunyanla görüşdüyünü iddia edən görüntüləri araşdırıb.
Araşdırma zamanı məlum olub ki, sözügedən videonun tarixi yoxdur və görüş hərbi əməliyyatların ilk günlərində çəkilib.
Bunu sübut edən iki əsas məqam var:
1. Əgər çəkiliş A.Arutyunyanın sağ olduğunu sübuta yetirmək məqsədilə aparılıbsa, niyə dialoqun gedişində çəkilişin məhz A.Arutyunyanın öldürülməsindən sonrakı tarixə təsadüf edildiyi vurğulanmır?
2. Video çəkilişdən də aydın olur ki, görüş Qarabağda gedən əməliyyatların ilk dövründə çəkilib. S.Peqov Dağlıq Qarabağa niyə və hansı yolla gəldiyini danışır.