Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
İllərlə həsrətini çəkdiyi övladına qovuşduqdan 22 gün sonra həyatının fəlakətini yaşadı - FOTO

İllərlə həsrətini çəkdiyi övladına qovuşduqdan 22 gün sonra həyatının fəlakətini yaşadı - FOTO

Lunar.az xəbər verir ki, bunu ermənilərin Bərdədə törətdiyi terror aktında həlak olan Tükəzban Mirzəliyevanın həyat yoldaşı Elçin İsmayılov deyib.

25 yaşlı Tükəzban Mirzəliyevadan geriyə 22 günlük körpəsi qalıb. Həyat yoldaşı bildirib ki, onun ölüm xəbərini alanda cəbhədə olub: "Həyat yoldaşım və qayınatamın ölüm xəbərini alanda Tərtərdəki cəbhə xəttində idim. Əsgərəm. 27 sentyabrda cəbhəyə getmişəm. 8 oktyabrda qızımın doğumuna görə yenidən evə qayıtdım. Həyat yoldaşımı doğuşdan sonra sadəcə 1 gün görə bildim. Yenidən cəbhəyə qayıtdım. Kəmalə adını verdiyimiz qızımız dünyaya gəldi. 5 il əvvəl evləndik. Övladımızın olması üçün Azərbaycandakı bütün xəstəxanaları gəzdik. Həyat yoldaşım, nəhayət, hamilə qaldı. 5 ildir bu anı gözləyirdik. Amma o, övladına doymadan getdi, bizi tək qoydu".

Çələbilər kənd sakini olan gənc ana atası Çərkəz Mirzəliyevlə birgə Bərdə şəhərinə həkim müayinəsinə gedərkən hücumun qurbanı olub. Onlar kənd qəbiristanlığında yanaşı dəfn edilib. (publika.az)








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ