Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
"Johnson&Johnson" şirkəti geri addım ataraq səhvini düzəltdi

"Johnson&Johnson" şirkəti geri addım ataraq səhvini düzəltdi


ABŞ-ın "Johnson&Johnson" şirkəti səhvini düzəldərək rəsmi tvitter səhifəsində separatçıları dəstəkləyən statusunu silib. Lunar.az xəbər verir ki, şirkət tərəfindən müharibə nəticəsində Azərbaycan və Ermənistanda zərər görmüş şəxslərə yardım ediləcəyi ilə başlı yeni məlumat paylaşılıb.

Məlumatda deyilir ki, yardımlar Qırmızı Xaç təşkilatı vasitəsi ilə paylanacaq.


Qeyd edək ki, bu gün səhər saatlarında "Johnson&Johnson" şirkəti işğal altında olan Dağlıq Qarabağdakı separatçılara dəstək mesajı vermişdi.

Şirkətin rəsmi tvitter hesabında paylaşılan mesajda separatçıların qondarma respublikasına dəstək ifadə olunurdu.

Şirkətin tanınmamış qondarma respublikaya belə dəstək verməsi sosial şəbəkə istifadəçilərinin hiddətinə səbəb olub və bununla bağlı etirazlar başlayıb.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ