Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Şəhid anası: "Əgər o əsgər yoldaşını yaralı qoyub sağ gəlsəydi..."

Şəhid anası: "Əgər o əsgər yoldaşını yaralı qoyub sağ gəlsəydi..."

Şəhid anasının oğlunun dəfnində dediyi "Əgər o əsgər yoldaşını yaralı qoyub sağ gəlsəydi, haqqımı halal etməzdim" sözləri hər kəsi duyğulandırıb.
Lunar.az xəbər verir ki, bununla bağlı Azər Alixanov adlı sosial şəbəkə istifadəçisi paylaşım edib.

O qeyd edib ki, şəhid anasının dediyi sözləri heç bir zaman unutmayacaq: "Ağstafamızın Qarayazı kəndində torpağa tapşırdığımız Şəhidimiz Salyayev Aqil Anar oğlunun anası Xədicə xanımın dediyi sözü ömrüm boyu unutmayacam. Əsgər yoldaşları deyəndə ki: "Aqil özü ayağından yüngül yara almasına baxmayaraq təhlükəli ərazidə qalan əsgər yoldaşını xilas etməyə cəhd edərkən düşmən gülləsinə tuş gəldi". Şəhid anası qürurla: "Əgər o əsgər yoldaşını yaralı qoyub sağ gəlsəydi, haqqımı halal etməzdim" dedi. Bu bir qəhrəmanlıq dastanının mövzusudur!"








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ