İşgəncəyə məruz qaldığını iddia edən erməni əsirlə bağlı XİN-dən AÇIQLAMA
Xarici İşlər Nazirliyi Azərbaycanda işgəncələrə məruz qaldığını iddia edən 85 yaşlı Evgeniya Babayanla bağlı məsələyə aydınlıq gətirib.
XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib ki, həmin qadın sonradan fiziki zorakılığa məruz qalıb:
“O, sağlamlıq vəziyyətinin yaxşı olmamasına baxmayaraq, müstəntiq qarşısına çıxarılıb və ona edilən təzyiqlər nəticəsində Azərbaycana qarşı ifadə verib”.
“Biz Ermənistanın növbəti dəfə bu kimi qeyri-humanist addımlarını pisləyirik”, - deyə XİN rəsmisi qeyd edib.