"Neçə dəfə yandıq, kimsə bilmədi..."-Türkiyəli aparıcıdan ürəkdağlayan paylaşım
Xəbər verdiyimiz kimi oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 24 nəfər vəfat edib, 804 nəfər isə xəsarət alıb.
Lunar.az xəbər verir ki, türkiyəli məşhur aparıcı Osman Girgin "İnstagram" səhifəsinin hekayə bölümündə məlum hadisə ilə bağlı paylaşım edib.
"Neçə dəfə yandıq, Kimsə bilmədi. Gəmilər getdi, İzmir ağlayır."
Qeyd edək ki, Osman Girgin Azərbaycanda baş verən erməni terrorunun dünyaya çatdırılması üçün ölkəmizə gəlib.Aparıcı burada koronavirusa yoluxaraq, xəstəxanaya yerləşdirilib. Hazırda onun səhəti normaldır və özünü yaxşı hiss edir.