Hərc-mərclik, kütləvi fərarilik, habelə hərbçi çatışmazlığı üzündən Ermənistan hökuməti son ümidini dustaqlara bağlayaraq onları həbsxanalardan çıxarıb cəbhə xəttinə göndərir.
Lunar.az "Report"a istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan məsələyə dair bildirib:
"28 oktyabr tarixinə olan məlumata görə, 12 nəfər məhkum barəsində həbs qətimkan tədbiri dəyişdirilib, daha 4 nəfər şərti olaraq erkən azadlığa buraxılıb. Hamısı könüllü olaraq cəbhəyə yollanacaq. Vəziyyətin həssas olduğunu nəzərə almaqla hər kəsə fərdi yanaşma göstərilir".