Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Putin Qarabağ haqda: “Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...”

Putin Qarabağ haqda: “Biz əvvəldən 5, üstəgəl 2 rayonun Azərbaycana qaytarılması imkanlarından çıxış edirdik...”

Rusiya prezidenti Vladimir Putin VTB Kapital tərəfindən təşkil edilmiş “Rusiya çağırır!” adlı investisiya forumunun iclasında aparıcının Qarabağ münaqişəsi barədə sualına cavab verib. Virtualaz.org xəbər verir ki, Putin Dağlıq Qarabağ münaqişəsinin “sadə həllərinin olmadığını” deyib.

Onun mövqeyinə görə, Dağlıq Qarabağda situasiyanı ancaq Azərbaycanın və Ermənistanın maraqları arasında balansı nəzərə almaqla nizamlamaq olar. Putin əmindir ki, ilk mərhələdə münaqişə tərəfləri döyüş əməliyyatlarını dayandırmalı və danışıqlar masası arxasına keçməlidir.

Putin deyib ki, bu situasiyada “hər tərəfin öz həqiqəti var” və sadə həll mövcud deyil. “Düyün çox bərk bağlanıb”,-o vurğulayıb.

Lakin Putin əlavə edib ki, Rusiya əvvəldən “Ermənistanın zəbt etdiyi beş və daha sonra iki rayonun” qaytarılması imkanları haqda danışıb. “Biz əvvəldən bu nöqteyi-nəzərdən-Azərbaycana əvvəlcə beş, sonra iki rayonunun qaytarılması,, Qarabağ zonasında müəyyən rejimin təmin edilməsi, Ermənistanla qarşılıqlı əlaqələr, kommunikasiyaların açılması və s. imkanlarından çıxış edirdik, hansı ki, bizim mövqeyimiz tamamilə açıqdır”,-Rusiya prezidenti bildirib.

Virtualaz.org








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ