Türkiyədə 29 oktyabr Cümhuriyyət bayramı – qardaş ölkədə respublika üsul-idarəsinin qurulmasının 97-ci ildönümü qeyd olunur. Ölkənin hər yerində küçə və meydanlar bayramsayağı bəzədilib.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirin Aliağa rayonunda küçələr Atatürkün plakatları, o cümlədən Türk və Azərbaycan bayraqları ilə bəzədilib.
Türkiyə və Azərbaycan bayraqlarının yan-yana dalğalanması şəhər sakinləri tərəfindən məmnunluqla qarşılanıb. Bayram münasibəti ilə bağlı keçirilən tədbirdə “Azərbaycan, yanındayıq!” şüarları səsləndirilib.[/size