Erməni əsgərləri ölməmək üçün mövqelərini tərk edib qaçırlar- HƏRBİ EKSPERT
Şəxsi heyətdə ciddi itkilər Ermənistan vətəndaşlarının hiddətini daha da artırır. Artıq valideynlər öz övladlarını orduya buraxmırlar və müxtəlif vasitələrlə hərbi xidmətdən yayındırırlar.
Bununla bağlı Sonxeber.az-a hərbi ekspert Ramil Məmmədli danışıb:
"Hərbi əməliyyatların başladığı ilk həftədə Ermənistan cəmiyyətində elə əhval-ruhiyyə var idi ki, guya Azərbaycan ordusuna qarşı müvaqimət göstərə biləcək. Hətta mənfur düşmən elə zənn edirdi ki, əks hücumla Azərbaycanın digər ərazilərini də işğal edə biləcək.
Buna baxmayaraq proses uzandıqca, Azərbaycan ordusunun manevr imkanları artdıqca, cəbhə xətti böyüdükcə məlum oldu ki, Ermənistan ordusu hücumların qarşısında dayana bilməyəcək və mövqelərini bir- bir itirəcək.
İtkilərin sayı artdıqca Emənistan ordusunda ruh düşkünlüyü, psixoloji gərginlik yaranıb.
Son bir həftə ərazində isə artıq məlum oldu ki, Ermənistan ordusunun əsaa müdafiə xətləri müvafiq istiqamətlərdə darmadağın edilib.
Siyasi rəhbərlik müqaviməti davam etdirməyə, imkan düşdükcə əraziləri geri almaq əmri verib. Ermənistan ordusu isə artıq bunun öhdəsindən gələ bilmədiyini göstərir.
Digər məsələ isə erməni cəmiyyətinin əsgərlərinin döyüşlərdə bir- birinin ardınca həlak olması və övladlarının meyitini tapa bilməyən valideynlərlə hərbi komandanlıq arasında qarşıdırmanın yaranmasıdır.
Dövlət qurumlarını qarşısında hər gün etiraz aksiyaları keçirilir. Erməni əsgərləri ölməmək üçün mövqelərini tərk edib qaçırlar".