Bilgi:
Lunar.az Informasiya Portali...

  • Şənbə   19 dekabr 2020   23:20:12  
Özəl klinikalarda koronavirus testlərinin qiymətləri endirilə bilər? - AÇIQLAMA

Özəl klinikalarda koronavirus testlərinin qiymətləri endirilə bilər? - AÇIQLAMA

“Biz özəl klinikalara koronavirusa görə testlərin qiymətinin aşağı salınması üçün tövsiyə verə bilmərik”.

Oxu.Az-ın brifiqdəki müxbirinin verdiyi məlumata görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva deyib.

O bildirib ki, TƏBİB yalnız tabeliyindəki tibb müəssislərini idarə edir:

“TƏBİB-in nəzdində olan bütün tibb müəssisələrində koronavirusa görə testlər dövlət hesabına ödənişsiz aparılır. Təbii ki, bəlli qruplar testdən keçirilir. TƏBİB-in özəl klinikalarda testlərin aparılmasına heç bir aidiyyəti yoxdur. Biz buna nə qadağa qoyuruq, nə də qiymətini müəyyən edirik”.

TƏBİB rəsmisi peyvəndlərdən də danışıb.

O bildirib ki, Rusiyada istehsal edilən peyvənd də əldə edilə biləcək namizədlər sırasındadır.

“Hələ peyvəndlərin heç biri 100 faiz qiymətləndirmədən keçməyib. Peyvəndlərin müsbət qiymətləndirilməsi aparılır. ÜST tam təsdiq edərsə ki, peyvəndlərdən hansısa tam təhlükəsizdir, o zaman həmin peyvəndin istifadəsinə başlanıla bilər. Azərbaycan da həmin peyvəndləri alacaq ölkələrin siyahısındadır”.








İnformasiya
Qonağ qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Sponsorlu Bağlantılar
  • ÇOK OXUNAN
  • YENİ